Yaponiyada baş verən güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, azı 69 nəfər xəsarət alıb.
19.48 ***
Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, yeraltı təkanların episentri Fukusima prefekturası olub.
Zəlzələdən sonra Fukusima və Miyaqi prefekturaları üçün sunami xəbərdarlığı edilib.
Qeyd edək ki, zəlzələ paytaxt Tokioda da hiss edilib. Hazırda şəhərdə 2 milyondan çox ev işıqsız qalıb.
Dağıntı və tələfat barədə məlumatlar yoxdur.
Bizim.Media