Fransada prezidentliyə namizəd Valeri Pekressə çəhrayı toz püskürtülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
Bildirilib ki, sağ mərkəzçi Respublikaçılar partiyasından Fransa prezidentliyinə namizəd Valeri Pekress Kiçik və Orta Müəssisələr Konfederasiyasında çıxış etdikdən sonra Akira hərəkatının iki fəalı ona çəhrayı toz atıb.
Hadisənin səbəbi məlum deyil.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.
Bizim.Media