Rusiya hərbçiləri bir gün əvvəl tibb işçilərinin və şəhər sakinlərinin girov götürüldüyü Mariupol regional xəstəxanasından atəş açır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 400-ə yaxın insan var:
“Girovlar arasında tibb işçiləri və şəhər sakinləri də var. Reanimasiya xəstəxanası martın 15-də Rusiya hərbi qüvvələri tərəfindən zəbt edilib. İndi xəstəxanadan atəş açırlar. Bu, insanların humanitar dəhlizlərlə hərəkəti üçün böyük təhlükə yaradır".
Bizim.Media