ABŞ prezidenti Co Bayden Ukraynaya 1,01 milyard dollar məbləğində hərbi yardım ayıracağını elan etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.
Yardım paketinə tank əleyhinə və zenit silahları, o cümlədən “Javelin” və “Stinger” daxildir.
Qərar Ukrayna prezidenti Vladimir Zelenskinin çərşənbə günü ABŞ Konqresindəki çıxışı fonunda qəbul edilib və onun əlavə dəstək üçün ABŞ-a müraciət edəcəyi gözlənilir.
Bizim.Media