Sərbəst güləşçimiz İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsindən mübarizə aparan güləşçimiz finalda almaniyalı Yohannes Mayerlə qarşılaşıb.
Rəqibini 5:3 hesabı ilə məğlub edən İlyasov Avropa çempionu olub.
Bizim.Media
