“Əl-Nəsr”in keçmiş baş məşqçisi Xorxe Jezuş Portuqaliya milli komandasının baş məşqçisi təyin edilib.
Bizim.Media "A Bola”ya istinadən xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda məhz belə deyilir:
"Bu gün yeni bir səyahət başlayır. Milli komandaya xoş gəlmisiniz, cənab Xorxe Jezuş”.
71 yaşlı məşqçi millini AVRO-2028 və DÇ-2030-a hazırlayacaq. Jezuşun Portuqaliya milli komandasına təyin olunmazdan əvvəl son olaraq “Əl-Nəsr”i çalışdırıb.
O, indiyə qədər “Braqa”, “Benfika”, “Sportinq”, “Əl-hilal”, “Flamenqo”, “Fənərbaxça” klublarında işləyib.
Bizim.Media