Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Təbriz küçəsində baş verib.
İlkin məlumatlara əsasən, 1981-ci il təvəllüdlü Biləsuvar sakini Telman Adıgözəl oğlu Ağayev ehtiyatsız davranışı səbəbindən su kollektoruna yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media