"Şəfa" yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
Bizim.Media