İranın Konarək şəhərində güclü partlayışlar baş verib.
Bizim.Media bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.
Bildirilib ki, bəzi mənbələr Sistan və Bəluçistan əyalətinin Konarək şəhərində 3 güclü partlayışın baş verdiyi barədə məlumat yayıblar.
Həmin mənbələr SEPAH-ın Konarəkdəki dəniz bazasının hücuma məruz qaldığını iddia edirlər.
Bizim.Media