2026-cı ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəxri adlara görə aylıq təqaüd alan şəxslərin sayı 4 683 nəfərdir.
Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, onların 239-u "Xalq" fəxri adına, 4 444-ü isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
Beləliklə, fəxri adlara görə təqaüd alanların böyük əksəriyyətini "Əməkdar" fəxri adına layiq görülmüş şəxslər təşkil edir. "Xalq" fəxri adına görə təqaüd alanların sayı isə ümumi göstəricinin təxminən 5 faizini təşkil edir.
Qeyd edək ki, fəxri adlara görə təqaüdlər dövlət tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilir.
Bizim.Media