Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media Güləş Federasiyasına istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.
Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.
50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.
Bizim.Media