Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 1000 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanqu qızıl sahəsinin altında yerləşir. Kəşf barədə ilk rəsmi açıqlama 2024-cü ilin noyabrında verilib.
 

Geoloqlar iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyən ediblər. Ərazidə kəşfiyyat nəticəsində müəyyənləşdirilən qızıl ehtiyatı təxminən 300 ton qiymətləndirilir. Üç kilometrədək dərinlikdə isə ehtiyatların 1000 tonu keçə biləcəyi proqnozlaşdırılır.


Çin rəsmilərinin 2024-cü ildəki hesablamasına görə, bu həcmdə qızılın dəyəri 600 milyard yuan, yəni təxminən 83 milyard dollar təşkil edə bilər. Lakin 1000 ton göstəricisi hələ proqnozdur və əlavə kəşfiyyatla təsdiqlənməlidir.

Aylarla davam edən qazma işləri zamanı müxtəlif dərinliklərdən süxur nümunələri götürülüb. Nümunələrin bəzilərində qızılın miqdarı olduqca yüksək olub. Bir ton süxurda maksimum 138 qram qızıl aşkarlanıb. Müqayisə üçün, gəlirli hesab edilən bir çox yataqda bu göstərici bir ton süxur üçün cəmi 1-3 qramdır.

Çinli geoloq Çen Rulinin sözlərinə görə, təxminən iki kilometr dərinlikdən çıxarılan bəzi süxur nümunələrində qızılı adi gözlə görmək mümkün olub.

Araşdırma zamanı ümumilikdə 65 kilometrdən çox quyu qazılıb və üçölçülü geoloji modelləşdirmədən istifadə edilib. Yatağın ətrafında aparılan qazma işlərində də qızıl əlamətlərinə rast gəlinib.
 

Vanqu yatağının işlənməsi ilə dövlətə məxsus "Hunan Mineral Resources Group" şirkəti məşğul olur. Bununla belə, ehtiyatların həcmi hələ beynəlxalq səviyyədə tanınan müstəqil qiymətləndirmədən keçirilməyib. Genişmiqyaslı hasilata başlanmazdan əvvəl ekoloji təsirlər və tələb olunan infrastrukturun dəyəri də hesablanmalıdır.


Ehtiyatlarla bağlı proqnoz təsdiqlənərsə, yataq Çinin dünya qızıl bazarındakı mövqeyini gücləndirə və ölkənin xarici tədarükdən asılılığını azalda bilər. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO