Araq verilmədiyi üçün sahibkarın qohumunu bıçaqladı

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Tağı Vəliyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Tağı Vəliyevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxsin cəzası 7 il 6 aydan 4 ilə endirilib.

İttihama görə, hadisə 2025-ci ilin iyun ayında gecə saat 01 radələrində Quba rayonunun Möhüc kəndində yerləşən kafelərdən birində baş verib.

Belə ki, Tağı Vəliyev həmin gecə kafedə spirtli içki qəbul edib. Bir neçə pivə içdikdən sonra o, yenidən araq sifariş verib. Kafenin sahibi isə onun artıq sərxoş vəziyyətdə olduğunu nəzərə alaraq araq verməkdən imtina edib.
 

İttihama əsasən, bu vəziyyət təqsirləndirilən şəxsin narazılığına səbəb olub. O, özünü ətrafdakılara qarşı qoyaraq yüksək səslə mübahisə edib, ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Mübahisə zamanı kafenin qarşısında təsadüfən olan və obyekt sahibinin qohumu olan zərərçəkmiş Əliş Məcidzadə (adı, soyadı şərtidir) də hadisəyə müdaxilə edib. Bundan sonra Tağı ilə zərərçəkmiş arasında da mübahisə yaranıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək yaşadığı evə gedib. O, evin mətbəxindən bıçaq götürərək şalvarının cibinə qoyub və yenidən hadisə yerinə qayıdıb.

Tağı əvvəlcədən formalaşdırdığı cinayət niyyətini həyata keçirərək mübahisə etdiyi Əlişə bıçaqla ardıcıl iki zərbə endirib.

Zərbələrdən biri qarının ön divarının sağ epiqastral nahiyəsinə dəyərək qarın boşluğuna nüfuz edib və qaraciyərin zədələnməsinə səbəb olub. Digər zərbə isə göbək nahiyəsinin sağ hissəsinə dəyərək qarın boşluğuna nüfuz edib, piyliyin zədələnməsi ilə nəticələnib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilmiş hər iki xəsarət həm ayrı-ayrılıqda, həm də birlikdə insan həyatı üçün təhlükəli hesab olunan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri kimi qiymətləndirilib.

İttiham tərəfi hesab edib ki, təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla şəxsə qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud şəkildə pozub və xuliqanlıq cinayəti törədib.
 

Məhkəmə iş üzrə toplanmış sübutları, şahid ifadələrini, ekspertiza rəylərini və digər materialları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirinin tam sübuta yetirildiyi qənaətinə gəlib.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tağı Vəliyev cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO