Söyüş söyən insan psixi xəstədir?

Gündəlik həyatda danışığı zamanı arqo ifadələrdən tez-tez istifadə edənlər şəxslərə “savadsız” damğası vuranlar da azlıqda deyil. Digərləri bunu xarakterdəki kobudluqla izah edir.

Həkim-psixiatr Abdulla Şıxlinskinin sözlərinə görə, insanın danışarkən seçdiyi sözlər, cümlələri necə qurması, jestlərdən istifadə qaydası və s. onun psixoloji vəziyyəti barədə ciddi məlumat verir.

Bizim.media xəbər verir ki, o, “Yenisabah.az”a açıqlamasında insanın nitqinin onun daxili aləminin ən mühüm göstəricilərindən biri olduğunu deyib:

“Psixiatriyada, psixologiyada və psixoterapiyada insanın nitqinə, danışıq tərzinə, jestlərinə baxaraq onun keçirdiyi hissləri, emosional vəziyyətini, dəyərlər sistemini və bəzi psixoloji xüsusiyyətlərini müəyyən edə bilirik. Yəni insan hansı hisslərlə yaşayır, dünyaya necə baxır, bunlar nitqində öz əksini tapır...

Gündəlik dildə “söyüş” deyilən ifadələr elmi terminologiyada “qeyri-normativ leksika” adlanır və bu cür sözlərdən istifadə insanın özünü başqa formada ifadə etməkdə çətinlik çəkməsinin göstəricisi ola bilər”.

A.Şıxlinskinin fikrincə, bunun əsas səbəblərindən biri insanın pedaqoji təsir imkanlarının zəif olmasıdır:

“Adətən, “tərbiyə” sözü işlədilir. Mən bunu daha çox pedaqoji təsir vasitələri kimi izah edirəm. İnsan lazımi pedaqoji təsir görməyəndə, həyatından narazı olanda, daxili kompleksləri çox olanda, yaşadığı cəmiyyətlə bağlı narazılıqları artanda bunu bəzən qeyri-normativ leksika ilə ifadə edir”.

Psixiatrın sözlərinə görə, bu cür insanlar çox vaxt özlərini başqa yollarla ifadə edə bilmirlər:

“İnsan var ki, özünü gördüyü faydalı işlərlə, yaradıcılığı ilə, sevgisi ilə, xeyirxahlığı ilə ifadə edir. Amma bunları bacarmayan insanlar bəzən söyüşü özünüifadə vasitəsinə çevirirlər. Bu, insanın mənəvi aləminin kasad olması və özünü başqa formada təqdim edə bilməməsi ilə əlaqəlidir".

Psixiatr hesab edir ki, insan özünü elm, incəsənət və ya cəmiyyətə faydalı fəaliyyətlə ifadə edə bilirsə, buna ehtiyac duymur:

"Əgər insan alimdirsə, yazıçıdırsa, bəstəkardırsa və ya cəmiyyət üçün faydalı iş görürsə, o, özünü gördüyü işlərlə ifadə edir. Bunu bacarmayan insanlar isə bəzən düşünürlər ki, qeyri-normativ leksikadan istifadə etməklə diqqət çəkə və özlərini fərqləndirə bilərlər”.
 

“Müxtəlif ölkələrdə söyüşdən geniş istifadə olunması həmin cəmiyyətlərdə mənəvi problemlərin mövcudluğundan xəbər verə bilər. Kitab oxumağa marağın azalması, mütaliənin zəifləməsi və insanların mənəvi inkişafına kifayət qədər vaxt ayırmaması da bu prosesə təsir göstərən amillərdəndir.


Azərbaycanda da son illər bu tendensiya daha çox müşahidə olunur. İnsanlar əvvəlki kimi mütaliə etmir, mənəvi inkişaf üzərində işləmirlər. Nəticədə, nitq mədəniyyəti də zəifləyir və qeyri-normativ leksikadan istifadə halları artır”, - deyə A.Şıxlinski əlavə edib.

Psixiatrın sözlərinə görə, söyüşdən istifadə normal davranış hesab edilə bilməz:

“İnsan digər canlılardan fərqli olaraq nitqini daim inkişaf etdirməlidir. Qeyri-normativ leksika həm ünsiyyət mədəniyyətinin zəifliyini, həm də insanın kifayət qədər pedaqoji təsir görmədiyini göstərə bilər. Belə insanların uşaqlıq dövründə bir çox ehtiyacları ödənilməyib, buna görə də onlar həyatdan narazı böyüyüblər”.

Yüksək vəzifəli və tanınmış şəxslərin söyüş işlətməsinə də münasibət bildirən Abdulla Şıxlinski qeyd edib ki, vəzifə insanın mənəvi kamilliyini göstərən meyar deyil:

“Rəsmi şəxslər də insanlardır. Digər insanlarda olan psixoloji problemlər onlarda da ola bilər. Vəzifədə olmaq insanın yüksək mənəviyyata və ya güclü pedaqoji təsir görməsinə dəlalət etmir. Elə insanlar var ki, heç bir vəzifəsi yoxdur, amma heç vaxt söyüş işlətmir”.

O, xarici film və seriallarda söyüşlərin geniş istifadə olunmasına da toxunaraq bildirib ki, əvvəlki dövrlərdə, xüsusilə sovet filmlərində belə hallara rast gəlinmirdi:

“Sovet dövründə çəkilmiş filmlərdə demək olar ki, söyüş yox idi. İnsanlar narazılıqlarını başqa sözlərlə ifadə edirdilər. O dövrdə söyüş böyük qəbahət sayılırdı və buna cəmiyyətdə mənfi münasibət vardı. İnsanın sosial vəziyyəti və həyat şəraiti də onların danışıq tərzinə təsir göstərir.

Əgər o, daim gərginlik içində yaşayırsa, sabahından narahatdırsa, maddi problemlərlə üzləşirsə və ehtiyacları ödənilmirsə, bu, onun psixoloji durumuna təsir edir. Belə vəziyyətlərdə qeyri-normativ leksikadan istifadə halları arta bilər. Bu məsələnin psixoloji tərəfi də məhz bununla bağlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO