Bakıda əmlak bazarında BAHALAŞMA DALĞASI - Torpağın qiyməti sürətlə artır - CƏDVƏL

Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə bir qədər də artıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma torpaq bazarında müşahidə olunub, eyni zamanda mənzil, qeyri-yaşayış obyektləri və fərdi yaşayış evləri seqmentlərində də artım davam edib.

Aparılan hesablamalara görə, mayda Bakı üzrə torpaq bazarında orta qiymət artımı 2.4%, yeni tikili mənzillərdə 1%, köhnə tikili mənzillərdə 1.5%, tikintinin ilkin mərhələsində olan ("kotlovan") layihələrdə 1.6%, qeyri-yaşayış obyektlərində 1.5%, fərdi yaşayış evlərində isə 1.4% təşkil edib.

Torpaq bazarında ən yüksək artım Xəzər rayonunda qeydə alınıb. Bu rayonda may ayında torpaq qiymətləri 3.6% yüksəlib. Sonrakı yerlərdə Sabunçu (3.1%), Suraxanı (2.9 %), Binəqədi (2.7%) və Qaradağ (2.5%) rayonları qərarlaşıb.

V.Oruc bunu şəhərətrafı ərazilərə marağın artması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirir.

Bakıda əmlak bazarında BAHALAŞMA DALĞASI - Torpağın qiyməti sürətlə artır - CƏDVƏL

Yeni tikili mənzillər bazarında ən yüksək aylıq bahalaşma Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər ötən ay 1.4% artıb. Yasamal və Nəsimi rayonlarında artım 1.3%, Nərimanov və Xətai rayonlarında isə 1.2% olub. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada qiymətlər cəmi 0.5 % yüksəlib.

Köhnə tikili mənzillər bazarında da Səbail lider olub. Rayonda qiymətlər bir ay ərzində 2% artıb. Nəsimi rayonunda artım 1.9 %, Yasamalda 1.8%, Binəqədi və Nizami rayonlarında isə 1.7% təşkil edib. Pirallahı rayonunda köhnə mənzillərin qiymətləri 0.9% yüksəlib.

Tikintinin ilkin mərhələsində olan layihələrdə ("kotlovan") ən yüksək qiymət artımı da mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda bu seqment üzrə artım 2.3%, Nəsimidə 2.2%, Yasamalda 2.1%, Nərimanov və Xətaidə isə 1.9% olub. Pirallahı rayonunda isə artım 0.8% səviyyəsində qalıb.

Bakıda əmlak bazarında BAHALAŞMA DALĞASI - Torpağın qiyməti sürətlə artır - CƏDVƏL

Qeyri-yaşayış obyektləri bazarında ən yüksək dinamika Səbail və Nəsimi rayonlarında müşahidə edilib. Səbail rayonunda qiymətlər 2.1%, Nəsimi rayonunda 2%, Yasamalda isə 1.9 % yüksəlib. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada artım 0.8 % olub.

Fərdi yaşayış evləri bazarında isə liderlik Xəzər rayonuna məxsus olub. Bu rayonda may ayında qiymətlər 2% artıb. Sabunçu rayonunda artım 1.8%, Binəqədi və Suraxanı rayonlarında 1.7%, Qaradağ rayonunda isə 1.3% təşkil edib.

Rayonlar üzrə ümumi göstəricilər göstərir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektləri seqmenti daha yüksək dinamika nümayiş etdirdiyi halda, şəhərətrafı rayonlarda torpaq və fərdi yaşayış evləri bazarı daha sürətlə bahalaşır.

Xüsusilə Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarında qeydə alınan artım bu seqmentin daşınmaz əmlak bazarının əsas lokomotivinə çevrildiyini göstərir.

Mövcud tendensiya ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO