İstanbul Bəyannaməsi İMZALANDI – TAM MƏTN - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti və Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Botçorişvili və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə iyunun 8-də üç ölkənin xarici işlər nazirlərinin Onuncu Üçtərəfli Görüşü İstanbulda keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər,

Ölkələri arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri vurğulayaraq;
 

Siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə mövcud güclü əməkdaşlığı daha da irəli aparmaq istəklərini ifadə edərək;


Dayanıqlı sülh və sabitliyin bərqərar olmasına ölkələrinin verdiyi mühüm töhfələri yüksək qiymətləndirərək və bu yanaşmanın regionda və ondan kənarda inkişaf və rifah üçün əhəmiyyətini təsdiq edərək;

Yalnız bütün forma və təzahürlərdəki terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kiberhücum və müharibənin hibrid formaları ilə məhdudlaşdırmadan ölkələrinin qarşı-qarşıya qaldığı artan təhdidləri diqqətə alaraq;

Regionda güclü iqtisadi profil yaratmaq üçün ölkələri arasında ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qəbul edərək;

Regional əməkdaşlıq, regionda iqtisadi artım və inkişaf üçün regional bağlantını həyati əhəmiyyət daşıyan element kimi təsdiq edərək;

Aşağıdakıları bəyan etdilər:

Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiq etdilər;

Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Əməkdaşlıq üçün regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyətini vurğuladılar və hər üç ölkənin bu istiqamətdə müsbət rolunu təsdiq etdilər;

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha ifadə etdilər;
 

Yaşıl enerji və aşağı karbonlu texnologiyalar daxil olmaqla, nəqliyyat və enerji sahələri üzrə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar;


Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsini yüksək qiymətləndirdilər;

Hava, dəmir yolu və avtomobil yolları əlaqələrinin və regional bağlantının təkmilləşdirilməsi və gücləndirilməsi imkanlarından istifadə etmək də daxil olmaqla, insanlar arasında təmasların, təhsil, sosial və mədəni mübadilələrin, turizm və İKT-nin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi olan Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atdıqları mühüm addımları, həmçinin beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini qeyd etdilər;

Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əsas rolunu vurğuladılar və iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ Dəmir Yolu Layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışladılar;
 

Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər nazirləri və nəqliyyat sahəsinə məsul nazirləri mexanizmi vasitəsilə regional bağlantının gücləndirilməsi istiqaməti üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiq etdilər;


Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpa olunan enerjidən səmərəli istifadə daxil olmaqla, dayanıqlı artım sahəsində əməkdaşlığı dəstəklədilər;

Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğuladılar;

Bu çərçivədə, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) sədrliyini alqışladılar;
 

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) uğurlu ev sahibliyini və onun beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı inkişafın irəliyə aparılmasına verdiyi töhfəni yüksək qiymətləndirdilər;


Terrorizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər və kibercinayətkarlıqla mübarizə məqsədilə müvafiq beynəlxalq və regional alətlərə uyğun olaraq əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha yenilədilər;

Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə qarşılıqlı maraq doğuran iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığa təminat verdilər;

Qarşılıqlı maraq doğuran sahələrdə investisiyaların daha da həvəsləndirilməsinə, habelə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə ixrac-idxal imkanları və yeni modallıqlarının araşdırılması daxil olmaqla, üç dövlətin işgüzar dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa təmasların saxlanılmasına hazır olduqlarını ifadə etdilər;

Bu baxımdan, 26 fevral 2026-cı il tarixində Gürcüstanın Tsinandali şəhərində yeddinci "Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu"nun keçirilməsini alqışladılar;

Üç ölkə arasında yaradılmış üçtərəfli mexanizmlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurunu vurğuladılar;

Dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mümkün olduqca bir-birinin namizədliklərini dəstəkləməsi daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Nazirlər görüşün uğurla təşkilinə görə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidana dərin təşəkkürlərini ifadə etdilər;

Nazirlər üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar və On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə qarşılıqlı şəkildə razılaşdırılacaq tarixlərdə Gürcüstanda keçirilməsinə qərar verdilər.

8 iyun 2026-cı il tarixində, İstanbul şəhərində, ingilis dilində imzalandı.

Türkiyə Respublikasının

Xarici İşlər Naziri

Cənab Hakan Fidan

Gürcüstanın

Baş Nazirinin Müavini və Xarici İşlər Naziri

Xanım Maka Botçorişvili

Azərbaycan Respublikasının

Xarici İşlər Naziri

Cənab Ceyhun Bayramov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

End of content

No more pages to load

RADİO