Maaşlarla bağlı ŞAD XƏBƏR – 700 min vətəndaşa şamil oluna bilər – FOTO

“Son dövrlər bizə ünvanlanan suallar içərsində minimum əmək haqqının nə zaman artırılacağı ilə bağlı sorğular üstünlük təşkil edir. Qeyd edək ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir:

“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər.

Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Məcəlləyə olan dəyişikliklər cənab Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq.

Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO