Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Azərbaycanda kredit bazarında dinamika dəyişir. Son statistik göstəricilər bankların qeyri-işlək kredit portfelinin 763 milyon manata çatdığını göstərir. Bu artım xüsusilə istehlak və biznes sahələrində özünü büruzə verir ki, bu da maliyyə sistemində risklərin artması ehtimalını gündəmə gətirir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “demokrat.az”a bildirib ki, problemli kreditlərin artması bank sektorunun risk profilinə birbaşa təsir göstərir:
 

"Belə hallarda maliyyə institutları mümkün zərərləri kompensasiya etmək məqsədilə əlavə ehtiyatlar formalaşdırır ki, bu da onların gəlirliliyinə və kredit vermə imkanlarına təsirsiz ötüşmür. Banklar daha ehtiyatlı kredit siyasəti yürütməyə başlayır. Bu tendensiya gələcəkdə kredit şərtlərinin sərtləşməsi ilə nəticələnə bilər.


Belə ki, banklar tərəfindən borcalanlara tətbiq olunan tələblərin artırılması, girov və gəlir meyarlarının daha ciddi qiymətləndirilməsi, eləcə də riskli hesab edilən sahələr üzrə kreditləşmənin məhdudlaşdırılması ehtimalı yüksəlir. Problemli kreditlərin artması kredit faizlərinə də təsir göstərə bilər.

Risklərin yüksəlməsi fonunda banklar bu riski kompensasiya etmək üçün faiz dərəcələrini müəyyən qədər artırmaq məcburiyyətində qala bilərlər”.

Asif İbrahimov bildirib ki, risklərin artması kreditlərin bahalaşmasına səbəb ola bilər. Lakin bu proses təkcə daxili problemlərlə deyil, həm də Mərkəzi Bankın siyasəti və ölkədəki ümumi iqtisadi vəziyyətlə sıx bağlıdır.

"Prosesin dinamikası yalnız problemli kreditlərin səviyyəsi ilə məhdudlaşmır. Mərkəzi Bankın pul-kredit siyasəti, bank sektorunun kapital dayanıqlığı və ümumi makroiqtisadi vəziyyət bu istiqamətdə əsas müəyyənedici amillər olaraq qalır. Müvafiq tənzimləyici tədbirlər və iqtisadi sabitlik şəraitində risklərin təsiri müəyyən qədər neytrallaşdırıla bilər. Problemli kreditlərin artımı uzunmüddətli perspektivdə kreditlərin həm əlçatanlığına, həm də qiymətinə təsir edə biləcək mühüm faktordur.

Bu baxımdan bank sektorunda risklərin effektiv idarə olunması və balanslı kredit siyasətinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Yəni, vətəndaşların vaxtında qaytarmadığı kreditlərin həcmi artdıqca, banklar yeni kredit verərkən daha sərt şərtlər qoyur və özlərini qorumaq üçün faizləri qaldıra bilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

End of content

No more pages to load

RADİO