Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

Ötən və builki abituriyentlərin nəticələri ətrafında müzakirələr davam edir. Bilik səviyyəsində fərqlərin olub-olmaması, fənlər üzrə nəticələr və ixtisas seçim meylləri diqqət mərkəzindədir.

Təhsil ekspertləri isə hesab edir ki, ilkin nəticələr müəyyən tendensiyaları göstərsə də, yekun qiymətləndirmə üçün hələ tezdir. Onların fikrincə, əsas mənzərə yalnız geniş statistik təhlillərdən sonra tam aydın olacaq.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “modern.az” təhsil ekspertlərinin şərhini öyrənib.



Elçin Əfəndi bildirib ki, ötən illə builki abituriyentlər arasında müəyyən fərqlər artıq müşahidə olunur:

"Bu il 200-300 bal aralığında nəticə göstərən abituriyentlərin sayı daha çoxdur və düşünürəm ki, bu, ümumi imtahan nəticələrinə təsir göstərəcək. Fənlər üzrə nəticələr istiqamətlərə görə də dəyişir.

Texniki sahəni seçən abituriyentlər riyaziyyatdan daha yaxşı nəticə göstəriblər, lakin Azərbaycan dili və xarici dildə müəyyən çətinliklər müşahidə olunur. Humanitar istiqamətdə isə vəziyyət fərqlidir: bu qrupda Azərbaycan dili və xarici dil nəticələri daha yaxşıdır, riyaziyyatda isə zəiflik var".

O qeyd edib ki, hazırda yalnız buraxılış imtahanlarının nəticələri açıqlanıb, blok imtahanlarının nəticələri isə hələ məlum deyil. Buna görə də ümumi mənzərə barədə tam nəticə çıxarmaq hələ tezdir və yalnız mövcud göstəricilər əsasında danışmaq mümkündür.

Buna baxmayaraq ixtisas seçimi ilə bağlı da maraqlı tendensiya müşahidə olunur.:

"Abituriyentlər daha çox ingilisdilli ixtisaslara üstünlük vermək istəyirlər. Bunu apardığımız sorğular da təsdiqləyir".

"Regionlar üzrə fərqlərə gəldikdə isə sevindirici haldır ki, Qarabağ Universitetini seçmək istəyən abituriyentlər var. Eyni zamanda, Gəncə Aqrar Universitetində oxumağa maraq göstərənlər də mövcuddur.Bununla yanaşı, ənənəvi olaraq Bakı Ali Neft Məktəbi, ADA Universiteti, İqtisadiyyat Universiteti, Neft və Sənaye Universiteti və Xəzər Universiteti yenə də abituriyentlərin əsas seçimləri sırasında qalır" - deyə o sonda vurğulayıb.



Təhsil eksperti Ramin Nurəliyev isə qeyd edib ki, illər arasında kəskin fərqin olması üçün ciddi sistem dəyişikliyi tələb olunur:

“Keçən ilki və builki abituriyentləri eyni müəllimlər hazırlayır, eyni təhsil sistemi mövcuddur, qəbul qaydaları dəyişməyib. Belə olan halda böyük fərqdən danışmaq düzgün deyil. Hər iki ildə həm güclü, həm də zəif abituriyentlər mövcuddur və bu, ümumi mənzərəni ciddi şəkildə dəyişmir".

R.Nurəliyev hesab edir ki, nəticələrə ən ciddi təsir edən amil sualların çətinlik səviyyəsidir:

"Bu faktor bütün abituriyentlərə eyni şəkildə təsir göstərir və nəticələrdə fərqi daha çox məhz bu amil yaradır. “Sualların çətinliyi təxminən 130 min abituriyentin nəticəsinə birbaşa təsir edir”, – deyə o qeyd edib.

Ekspert plan yerlərinin artımına da toxunaraq bildirib ki, bunun təsiri nisbətən məhduddur. Onun sözlərinə görə, plan yerlərinin bir neçə min artması ümumi nəticələrə cəmi 3-4 faiz civarında təsir edə bilər və bu da əsas faktor hesab olunmur.

“Blok imtahanlarının çətinlik səviyyəsi məlum olduqdan sonra daha dəqiq və əsaslı analiz aparmaq mümkün olacaq”, – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

End of content

No more pages to load

RADİO