Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

1795-1797 və 1805-1806-cı illərdə hakimiyyətdə olmuş Şəki xanı Səlim xan xalqın yaddaşında sərt qərarları və inamlı addımları ilə qalıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna açıqlamasında tədqiqatçı jurnalist Aydın Məmmədov məlumat verib.
 

Onun sözlərinə görə, Səlim xan 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq məqsədilə Şəki xanlığını Rusiya imperiyasının tərkibinə qatsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra dərhal Şəki xanlığı ərazisindəki rus qoşunlarını qovub.


Aydın Məmmədov bildirib ki, həmin hadisədən dörd ay sonra əks-hücuma keçən ruslarla bir neçə gün döyüşən Səlim xan sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana keçmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, Səlim xan hakimiyyətini geri qaytarmaq ümidi ilə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də, uğur qazana bilməyib və geri çəkilib.
 

Bir müddət İranda yaşadıqdan sonra isə 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdaddakı canişininin yanına gedərək siyasi sığınacaq istəyib. Ona aylıq 2500 quruş maaş təyin olunub, əvvəl Ərzurumda, daha sonra isə Ankarada yaşamağa icazə verilib.


Tədqiqatçı jurnalist əlavə edib ki, Səlim xan 1826-cı ilin aprelin əvvəllərində Ankaradan Həcc ziyarətinə yola düşüb. Lakin Ankaradan çıxandan dərhal sonra - 1826-cı il aprelin 12-də Ankara yaxınlığındakı Qırşəhərdə vəfat edib.

Aydın Məmmədovun fikrincə, Səlim xanın ölümündə xeyli şübhəli məqam var. Onun ehtimalına görə, Səlim xan yaxın zamanda Rusiya-İran müharibəsinin başlayacağından xəbərdar olub və buna görə də İranın hərbi dəstəyi ilə Şəkidə hakimiyyətini bərpa etmək üçün geri qayıtmağa çalışıb.

Lakin Osmanlı dövlətində ölkənin sirlərini bilən şəxslərin ölkədən çıxmasına həssas yanaşıldığından, çox güman ki, Səlim xan İrana getmək üçün “Həccə gedir” adı ilə Ankaradan çıxmağa məcbur olub.

Tədqiqatçı hesab edir ki, Səlim xanın əsl məqsədinin Osmanlı hakimiyyət dairələrindən gizli qalması mümkün deyildi. Bu səbəbdən də onun Ankaradan çıxdıqdan cəmi bir günlük məsafədə vəfat etməsi təsadüfi görünmür.

Aydın Məmmədovun ehtimalına görə, Səlim xan yolda Osmanlı xəfiyyəsi tərəfindən zəhərlənərək zərərsizləşdirilmiş ola bilər.

Aydın Məmmədovun sözlərinə görə, Səlim xanın ölüm xəbəri rus hakimiyyət dairələrinə ilk dəfə həmin ilin Həcc mövsümündə - iyulun 10-da çatıb.

Bu məlumatı isə bir qədər əvvəl Həcc ziyarətinə yola düşmüş şəkililərdən biri yolda öyrənib və hələ Məkkəyə gedib-qayıtmadan, Dəməşqdə olarkən, hansısa yolla təcili şəkildə ruslara çatdırıb.

Həmin şəxs bildirib ki, “Səlim xan Kır şəhərinə (Kırşehir) Anqüri (Ankara) şəhərindən gəlmişdi və Osmanlı limanlarından gəmi ilə Məkkəyə ziyarətə getməyə icazəsi vardı”.

Aydın Məmmədov onu da qeyd edib ki, Səlim xanın vəsiyyətinə uyğun olaraq, Şəkidən qaçaq düşənlərdən biri - Küngütlü Çələbi əfəndi onun əvəzinə Həccə gedib.

Səlim xanın əmlakı isə həyat yoldaşı ilə birlikdə Anqüridən (Ankaradan) İrandakı oğullarına göndərilib.

Beləliklə, Səlim xan Qafqazda öz xanlığının ərazisindən çar qoşunlarını çıxaran şəxs kimi tarixə düşüb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

End of content

No more pages to load

RADİO