2026-cı ildə Ukrayna Silahlı Qüvvələri hər ay orta hesabla Rusiyanın əsir götürdüyü ukraynalılardan 107 nəfər çox rusiyalı hərbçi əsir götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qərargahın məlumatına görə, ilin ilk 8 ayında Ukrayna əsirliyinə Rusiyadan 858 hərbçi daha çox düşüb. Bildirilib ki, Ukrayna 2023-cü ilin ortalarından etibarən Rusiyadan daha çox hərbçi əsir götürməyə başlayıb və 2024-2025-ci illərdə bu fərq daha da artıb.
Qərargah bu nəticənin ukraynalı hərbçilərin döyüş meydanında rəqibi sağ ələ keçirmək üçün həyatlarını riskə atması, həmçinin təslim olmağın hərbçilərin həyatını qorumağa imkan verdiyini göstərən informasiya işi ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, Ukraynada rəqib hərbçiləri sağ ələ keçirməyə görə hərbçilərə mükafatlar da verilir. Qərargahın sözlərinə görə, Ukrayna əsirliyində olan hər bir rusiyalı hərbçi ukraynalı hərbçinin və ya mülki girovun ölkəyə qaytarılması üçün imkan yaradır.
Bizim.Media