“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq”in təşkilatçılığı ilə media nümayəndələri üçün Sumqayıtdakı “Azərsun Sənaye Parkı”nda yerləşən Təmizlik Kağızları Fabrikinə mediatur təşkil olunub. Tur çərçivəsində jurnalistlər “Sun” və “Aura” markalı gigiyenik kağız məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.

Bizim.Media xəbər verir ki, media nümayəndələrini qarşılayan fabrikin müdiri Kamil Səfərov müəssisənin fəaliyyət istiqamətləri, tətbiq olunan müasir texnologiyalar və məhsulların hazırlanma mərhələləri barədə ətraflı məlumat verib.

O bildirib ki, 30 ilə yaxın təcrübəyə malik şirkətlər qrupumuz bu gün Azərbaycanda gigiyenik kağız məhsulları istehsalında birinci yerdədir. Fabrikdə kağız salfet, tualet kağızı, kağız dəsmal və nəm dəsmallar istehsal olunur.

O vurğulayıb ki, istehsal xətləri İtaliya və Türkiyə başda olmaqla aparıcı şirkətlərin ən müasir avadanlıqları ilə təchiz olunub.

Məhsullar bu xətlərdə insan əli dəymədən, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Bu yanaşma həm məhsulların keyfiyyətini, həm də gigiyena təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələrini gəzərək xammalın xəttə verilməsindən hazır məhsulun qablaşdırılıb anbara göndərilməsinədək bütün mərhələləri yaxından izləyiblər.

Jurnalistlərin suallarını cavablandıran marketinq müdiri Azad Qarayev isə 2031-ci ilə qədər “Sun” və “Aura” məhsullarının xarici bazarlara çıxarılacağını bildirib.

Təmizlik Kağızları Fabriki gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirərək ailələrə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıtmağa davam edəcək. Bununla bərabər Azad Qarayev media nümayəndələrinə markalar tərəfindən həyata keçirilən sosial layihələr barədə də məlumat verib.

“Sun” və “Aura” məhsul satışı ilə yanaşı, gigiyena vərdişinin hər evə çatdırılmasını da vacib missiya hesab edirlər. Bu məqsədlə “Aura Məktəbli” layihəsi çərçivəsində şagirdlərə gündəlik gigiyena qaydaları öyrədilir. Bölgələrdə isə həkimlərin iştirakı ilə hər il 20 min qapı ziyarəti reallaşdırılır.

Qeyd edək ki, 1998-ci ildən bazarda olan “Sun” Azərbaycanın ilk gigiyenik kağız markasıdır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

Sumqayıtda tikilidə yanğın oldu

Sumqayıtda tikilidə yanğın oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

End of content

No more pages to load

RADİO