Millət vəkilləri İsrailə səfər edəcəklər 

İsraildə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib. 

Qeyd olunub ki, Milli Məclisin deputatı Anatoliy Rafailov “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün fevralın 20-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcək. 

Yığıncaqda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi, faciə barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılacaq. 

Səfər çərçivəsində, həmçinin Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş «Ирс-Наследие» jurnalının ivrit dilində təqdimatı keçiriləcək. 
Səfər fevralın 27-də başa çatacaq. 

Milli Məclisin deputatı Sevil Mikayılova isə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailin Qüds şəhərinə səfər edəcək. 

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar. Səfər fevralın 23-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

32 ölkə İranla bağlı bəyanat yaydı

32 ölkə İranla bağlı bəyanat yaydı

Elnur Məmmədovun ailəsində - Ağır itki

Elnur Məmmədovun ailəsində - Ağır itki

DYP-dən piyadalara MÜRACİƏT

DYP-dən piyadalara MÜRACİƏT

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO