Gürcüstan mətbuatı İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.
 

“1tv.ge” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. “Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir”, - deyə sayt yazıb.


Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.

“Rustavi2.ge” portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən “Imedinews.ge” saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.

“Info9.ge” portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır.

“Interpressnews.ge” portalı Prezident İlham Əliyevə istinadla qeyd edib ki, Gürcüstan dinamik şəkildə inkişaf edir, iqtisadi artımı çox göz qabağındadır, ölkədə çox əlverişli investisiya mühiti yaradılıb.

“Primitime.ge” yazır ki, Azərbaycan Prezidentinin çıxışında iki ölkə arasında münasibətlərin daha dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Bildirilir ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.



“İpress.ge” saytı da Prezident İlham Əliyevin fikirlərinə yer verib: “Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir.

Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.




Bundan başqa, tvpirveli.ge, kvirispalitra.ge, formulanews.ge, netgazeti.ge, cbw.ge, georgiatoday.ge, bpn.ge, commersant.ge, ipress.ge, primetime.ge, 2020news.ge, tabula.ge, geotimes.com.ge, bm.ge, aktual.ge, 24news.ge, palitranews.ge, apsny.ge saytlarında və digər media orqanlarında da Azərbaycan Prezidentinin səfəri geniş işıqlandırılıb.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də dövlətimizin başçısının Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi, Prezident Mixeil Kavelaşvili ilə görüşü barədə məlumatlar əksini tapıb.

Gürcüstan mətbuatının ən çox diqqət yetirdiyi məqam isə Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər olub.

Dövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik barədə fikirləri də geniş işıqlandırılıb:

“Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”, – deyə Prezident İlham Əliyevə istinadla bildirilir.

Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Dünya bazarlarında neft yenidən ucuzlaşıb

Dünya bazarlarında neft yenidən ucuzlaşıb

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın

Avropada rekord istilər - Yüzlərlə ölən var

Avropada rekord istilər - Yüzlərlə ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

DÇ-2026-da 32 illik rekord yeniləndi

DÇ-2026-da 32 illik rekord yeniləndi

Yaponiyada daha bir güclü zəlzələ olub

Yaponiyada daha bir güclü zəlzələ olub

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO