“Ermənistandan təhdid olsa, Azərbaycan qabaqlayıcı addımlar atacaq” - Tofiq Zülfüqarov

Ermənistanda İrəvanda Qarabağdakı keçmiş qondarma rejimin "nümayəndəliyi" adlanan ofis fəaliyyət göstərir. Separatçıların sonuncu rəhbəri Samvel Şahramanyanın rəhbərlik etdiyi ofis təxribatçı fəaliyyəti və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdidləri ilə diqqət çəkir.

Bu isə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları baxımından heç də müsbət hal deyil. Çünki sülh üçün razılaşdırılmış şərtlərdən biri də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Məhz bu baxımdan Ermənistan hakimiyyətindən Qarabağ separatçılarının son qalıqları ilə bağlı qətiyyətli addım atmasına ehtiyac var.

Bizim.Media xəbər verir ki, mövzuya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.

O, modern.az-a açıqlamasında deyib ki, Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək istəyənlər buna görə cavab verəcəklərini bilməlidirlər:

"Ermənistanda hər hansı məhkəmənin haqqı yoxdur ki, qonşu dövlətin ərazisi ilə bağlı nəsə qərarlar qəbul etsin. İndi Ermənistanda məhkəmə Şahramanyanla bağlı nəsə qərar verib.
 

Bunlar sadəcə siyasi sirkulyasiya və oyunlardır. Qeyri-qanuni qurumun ləğv olunması Azərbaycan Konstitusiyasına uyğun olaraq, həyata keçirilir. Ermənistanda bu istiqamətdə, yəni qondarma rejimin tərəfinə olan qərarları qanunsuzdur. Bu, sadəcə olaraq, cinayətkarların öz daxilində apardıqları siyasi oyunlardır.


Məsələyə bu prizmadan baxmaq lazımdır. Ermənistanda Azərbaycana qarşı hansısa siyasi qüvvələr bu və ya digər şəkildə ərazi iddiaları siyasətini həyata keçirmək istəyirlərsə, bu barədə cavab verəcəklərini bilməlidirlər. Azərbaycan bu cür özünə qarşı olan fəaliyyəti təhlükə kimi qəbul edir. Və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı tədbirlər görməyi öz üzərinə götürməyə məcburdur".

T.Zülfüqarov vurğulayıb ki, qondarma rejimin tör-töküntülərinin qanunsuz fəaliyyətinin qarşısının alınması üçün Ermənistan tərəfi lazımi addımlar atmalıdır:

"Bununla bağlı olaraq, Azərbaycanın tələbini yada salmaq lazımdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, anneksiya siyasəti bəyan olunur. Bu, faktiki şəkildə qanun olaraq qəbul olunub. Ermənistan Azərbaycanla sülh əldə etmə istəyirsə, təbii, bu qanunları qüvvədən düşmüş hesab etməlidir. Ondan sonra sülh sazişinə qol çəkilə bilər.

Azərbaycan Ermənistanda gedən prosesləri diqqətlə izləyir. Azərbaycan dövlətçiliyinə, vətəndaşlarımızın təhlükəsizliyinə hansısa təhdidlər yaranarsa, BMT nizamnaməsinə uyğun olaraq, qabaqlayıcı addımlar ata bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

End of content

No more pages to load

RADİO