"Ermənistan tərəfi Antalya Diplomatik Forumundan iştirakla bağlı dəvətə hələ cavab verməyib".
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, forumda iştirakla bağlı dəvət Ermənistan XİN başçısı Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyana göndərilib.
M.Çavuşoğlu əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyana dəvət göndərilməyib.
Bizim.Media