Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ordusunun işğal etdiyi ərazilərdə logistika obyektlərinə qarşı əməliyyatlarını davam etdirdiyi bildirilib.
Bizim.Media xəbər verir ki, Ukrayna tərəfi rus qüvvələrinin təchizat xətlərinin, hərbi yüklərin daşınması və təminat imkanlarının hədəfə alındığını açıqlayıb.
Bildirilib ki, bu cür əməliyyatlar Rusiya ordusunun döyüş qabiliyyətini zəiflətməyə və işğal olunmuş ərazilərdəki hərbi imkanlarını məhdudlaşdırmağa yönəlib.
Bizim.Media