Polşanın xarici işlər naziri Radoslav Sikorski Böyük Britaniyanın Avropa İttifaqına tam şəkildə qayıtmasının mümkünlüyünə şübhə etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Sikorskinin sözlərinə görə, qərar adi britaniyalı vətəndaşlardan asılı olsaydı, Birləşmiş Krallıq artıq Aİ-yə qayıtmaqla bağlı danışıqlara başlayardı.
“Amma siyasi baxımdan bu, açıq şəkildə çox mürəkkəbdir. Xüsusilə ona görə ki, əvvəllər Böyük Britaniya güzəştləri və müəyyən siyasətlərdə iştirakdan imtina etmək imkanı olan imtiyazlı üzvlük statusundan istifadə edirdi.
Bu imkanları isə bu gün artıq əldə edə bilməyəcək. Buna görə də mən Böyük Britaniyanın tam şəkildə geri qayıdacağına inanmıram”, – deyə Sikorski bildirib.
Bizim.Media