“The Financial Times” qəzeti yazıb ki, Moskvada Putin və Makron Ukrayna ətrafında gərginliyi azaltmaq üçün razılıq əldə ediblər. Xüsusilə Rusiya söz verib ki, Ukrayna ilə bağlı yeni hərbi təşəbbüslər etməyəcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qəzetin Ukrayna ilə bağlı razılıq əldə edilməsi barədə məlumatını təkzib edib.
Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə bildirib ki, “The Financial Times” təbii ki, yanlış yazıb:
“Mahiyyət etibarı ilə bu, düzgün deyil, Moskva və Paris heç bir sövdələşmə bağlaya bilməzdi. Bu, sadəcə olaraq mümkün deyil”, - Peskov bildirib.
Onun sözlərinə görə, Fransa Avropa İttifaqına sədrlik edir, Fransa NATO-nun üzvüdür, burada rəsmi Parisin liderliyi yoxdur:
“Bu blokda rəhbərlik tamamilə başqa ölkəyə məxsusdur. Hansı sövdələşmələrdən danışmaq olar?" deyən Kreml sözçüsü "qəzet sadəcə olaraq səhv yazıb" qənaətinə gəlib.
Bizim.Media