Fərid Qayıbov Naxçıvanda Vasif Talıbovla hansı məsələləri müzakirə etdi?

0:00
0:00

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, səfərin ilk günündə əvvəlcə Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin abidəsi qarışısına gül qoyulub, əziz xatirəsi yad edilib.

Sonra qonaqlar Heydər Əliyev muzeyində olublar, burada ulu öndərin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, şəxsi əşyalarına, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Daha sonra F.Qayıbov, nazir müavinləri Mariana Vasileva, Fərhad Hacıyev, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov, AŞF-nin baş katibi İlahə Qədimova Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimində iştirak ediblər.

Açılışdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüş olub. Görüş zamanı Naxçıvanın idman həyatı və gənclər siyasəti sahəsində görülən işlər müzakirə edilib.

Səfərin ikinci günündə nazir fəal gənclər və idman ictimaiyyəti nümayəndələri ilə bir araya gəlib.

"Naxçıvan" Universitetində baş tutan görüşdə nazir müavinləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev də iştirak ediblər.

Diskussiya xarakterli tədbirdə gənclərin sualları cavablandırılıb. İştirakçıların fikir və təklifləri dinlənilib, həmin mövzular və istiqamətlər üzrə müzakirələr aparılıb.

F.Qayıbov səfər çərçivəsində Ağbulaq Xizək Mərkəzi, Naxçıvan Şahmat Mərkəzi, Naxçıvan Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi, Naxçıvan Gənclər Evi, Gənclər Mərkəzi, Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim-Məşq İdman Kompleksində olub, fəaliyyətləri ilə tanış olub.

İdman qurğularında güləş, gimnastika, futbol, üzgüçülük və digər növlər üzrə bölmələrin məşq proseslərini izləyib.

Yeniyetmə və gənc idmançılarla görüşüb, məşqçi-mütəxəsislərlə fikir mübadiləsi aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

End of content

No more pages to load

RADİO