"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Bakı Ağır Cinayətlər Məhkəməsində Mərakeş Krallığının vətəndaşını qətlə yetirməkdə təqsirləndirilənlər - H.M və N.R-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən N.R-ın ifadəsi ilə davam edib:

"Həmin gün noyabr 27-si idi. Hüseynlə vədələşdik ki, "Torqovı"da görüşək. Restoranda yeyib-içəndən sonra "Sahil" bağına gəldik. İçkili olsaq da, özümüzü idarə edə bilirdik. Bağın "Bank Respublika" ilə üzbəüz olan istiqaməti tərəfdə olanda bizdən xeyli qabaqda münaqişə, toplaşma olduğunu gördük. Bizdən qabaqda həmin o, iki xarici vətəndaş gedirdilər.
 

Ətrafından keçəndə onlardan biri ingilis dilində "Bunlar mafiyadırlar" dediyini eşitdim. İngilis dilini yaxşı bilmədiyimdən deyiləni başa düşməyib güldüm və H-dan onun nə dediyini soruşdum. Xarici vətəndaşın biri bizi görüb əlini cəld belinə aparanda refleks olaraq mən də əlimi belimə apardım. Məqsədim onun bıçaq çıxarağı təqdirdə onu qorxutmaq idi.


Halbuki mənim üstümdə bıçaq və ya hər hansı kəsici alət yox idi. Bunu görəndə ərəb qaçmağa başladı, H da onun ardına düşdü. Mən onları aralamaq üçün H-nın ardınca qaçdım. Həmin vaxt ərəbin öldüyünü bilməmişdik. Mən sonra evə getdim. Təzə çatmışdım ki, H zəng eləyib polisin zəng elədiyini dedi.

Təzədən evdən çıxıb Sabunçu vağzalına gəldim. Düşündüm ki, yəqin şahid kimi çağırılaram. Xarici vətəndaşın ölümünü dindirilən vaxt bildik. H orada mənim heç nə etmədiyimi demişdi. Mən heç kimə xəsarət verməmişəm".

Növbəti proses 26 noyabr saat 16:00-a təyin olunub.  

Xatırladaq ki, hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" adlanan parkın ərazisində baş verib.

İttihamda qeyd olunur ki, yetkinlik yaşına çatmayan H.M öz tanışı N.R ilə birlikdə parkda gəzişən Mərakeş Krallığının vətəndaşları olan Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşublar. Saber Elhoumani Ben İbrahim siqaretlərinin olmadığını bildirib. H.M bunu siqareti verməmək üçün bəhanə kimi qəbul edərək, mübahisə yaradıb, N və o, ərazidə olan digər bir tanışı ilə birlikdə Saber Elhoumani Ben İbrahim və ona dəstək olmağa çalışan Tiflaoui İmada güləş fəndi tətbiq edərək, onları yerə yıxıb müxtəlif bədən xəsarətləri yetiriblər.
 

Daha sonra N özündə olan ov bıçağı ilə Tiflaoui İmadı sinəsindən bıçaqlayıb. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn N Tiflaoui İmadın belindən güclü bıçaq zərbəsi endirib. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı cinayət işi başlanılıb, H.M və N.R Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı (o cümlədən soyuq atıcı silahı) əldə etmə, satma və ya gəzdirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

End of content

No more pages to load

RADİO