Yəməndə husilər Ədən şəhərində yerləşən Əl-Məaşiq prezident sarayına hücum ediblər.
Bizim.Media xəbər verir ki, SABA agentliyinin məlumatına görə, hücumun hədəfi operativ qərargah və silah anbarları olub.
Ölkənin İnformasiya Nazirliyindən bildirilib ki, ilkin məlumata əsasən, baş nazirin müşayiətçilərindən iki nəfər həlak olub. Baş nazir Şaya əz-Zindani və hökumətin digər üzvləri xəsarət almayıblar.
Bizim.Media