Kosova Superliqasında 9-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Priştina" komandasını qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı 29-cu dəqiqədə "Malişeva"nın futbolçusu Cemal İbişi açıb. Qonaqlar isə 76-cı dəqiqədə Assan Diattanın vurduğu qolla tarazlığı bərpa ediblər.
Həmyerlimiz Vüsal İsgəndərli də matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Bizim.Media