İlham Əliyev enerji təhlükəsizliyinə dəstəyinə görə Şarl Mişelə TƏŞƏKKÜR ETDİ

"Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

İlham Əliyev layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var"


​​​​​​​"Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü - dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlıların Həmrəylik Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki komissarın burada olması faktı buna dəlalət edir.

Həmçinin, mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də ona minnətdarlığımı bildirirəm.

Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm - Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Uşağı gec dil açan valideynlərin NƏZƏRİNƏ – Səbəbi bəlli oldu

Uşağı gec dil açan valideynlərin NƏZƏRİNƏ – Səbəbi bəlli oldu

Naxçıvanın yeni inkişaf modeli: sosial rifahdan yeni iqtisadi bazaya

Naxçıvanın yeni inkişaf modeli: sosial rifahdan yeni iqtisadi bazaya

End of content

No more pages to load

RADİO