Bakı Beynəlxalq Dəniz Limanı rekord göstəriciyə İMZA atdı – FOTO

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı məlumat verilib.

Bildirilib ki, bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid nəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir.

Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb.

Bu ilin sentyabrında Bakı Limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin davamlı artmasına dəstək verir. Görülən işlərin nəticəsi olaraq limanın yükaşırmalarında rekord göstərici əldə olunub.
 

Qeyd edilib ki, Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Bakı Limanı infrastruktur imkanları, texniki göstəriciləri və təcrübəli mütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyük töhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin edir.


Bununla yanaşı, əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir. Cari ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.















Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO