Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb.
Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) - 2:0
Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu
Bizim.Media