Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan və Laos parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşündə müzakirə olunub.
 

Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.


Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.

Görüşdə Həmçinin, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələlərinə toxunularaq diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.

Söhbət zamanı spiker Sahibə Qafarova qonağa Milli Məclisin tarixi, strukturu, parlament dostluq qruplarının fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, bugünkü Yeddinci çağırış Milli Məclis 2024-cü ildə keçirilmiş parlament seçkiləri nəticəsində formalaşıb. Həmin seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirildiyi üçün mühüm tarixi əhəmiyyət kəsb edir.

Azərbaycanda sonuncu dəfə 44 il əvvəl olduğunu bildirən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu barədə fikirlərini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib.
 

Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını çatdıran Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında və təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.


Qonaq bu gün Bakı Dövlət Universitetində tələbələrlə görüşdüyünü və Azərbaycanın ali təhsil ocaqlarının sovet dövründə Laos üçün 2 min nəfərədək kadr yetişdirdiyini məmnunluqla qeyd edib və bu təcrübənin davam etdirilməsinin vacibliyindən danışıb.

Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, parlament komitələri arasında əməkdaşlığın təşviqi, beynəlxalq platformalarda koordinasiya mövzularına da toxunulub.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - VİDEO

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - VİDEO

End of content

No more pages to load

RADİO