Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yol- nəqliyyat hadisəsi gecə saatlarında Azadlıq prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində baş verib.
Avtomobillərin toqquşması nəticəsində yolun kənarındakı dəmir məhəccər uçub. Hadisə nəticəsində xəsarət alan var.
Qəza yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Fəridə, Bizim.Media