Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.
Bizim.Media xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.
Xatırladaq ki, komandalar arasında daha öncə keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.
Bizim.Media