Xəstə uşaqlara yardım adı ilə 200 min manatı ələ keçirən şəxs SAXLANILDI – VİDEO

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, o, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini "Instagram" sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.
 

R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.


R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq", - nazirlik vətəndaşlara çağırış edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib”

Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib”

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

“Azərbaycan–Laos münasibətləri regionlararası əməkdaşlığın uğurlu nümunəsidir”

“Azərbaycan–Laos münasibətləri regionlararası əməkdaşlığın uğurlu nümunəsidir”

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Abşeronda toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Abşeronda toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu KEÇİRİLİR

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu KEÇİRİLİR

Bakı Limanında növbəti rekord – FOTO

Bakı Limanında növbəti rekord – FOTO

Bakıda III Milli Rəqabət Forumu keçirilir

Bakıda III Milli Rəqabət Forumu keçirilir

Azərbaycan ordusunun ilk qadın snayperi vəfat etdi

Azərbaycan ordusunun ilk qadın snayperi vəfat etdi

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi – FOTO

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Birlik, nizam-intizam və vahid forma – VİDEO

Birlik, nizam-intizam və vahid forma – VİDEO

Çaqqalların sayı sürətlə artır – Təbiətdə nə baş verir?

Çaqqalların sayı sürətlə artır – Təbiətdə nə baş verir?

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır

End of content

No more pages to load

RADİO