Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Aİ-nin rəsmi şəxslərinə açıq məktub ÜNVANLADILAR

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb.

Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.
 

Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar.


Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova, "Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Üç BÜRC üçün fürsətlər dənizi

Üç BÜRC üçün fürsətlər dənizi

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

End of content

No more pages to load

RADİO