İş saatına görə hesablama müəllimlərin maaşına necə təsir edəcək?

Milli Məclisin ötən həftə keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqısı dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdiriləcək.

Müzakirə olunan və sözügedən təklifin müəllimlərin əməkhaqqısına necə təsir edəcəyi isə hələlik məlum deyil.

İ.İsayev onu da deyib ki, müəllimlərin əməkhaqlarının artırılması üçün yeni təkliflər də müzakirə edilir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylinin sözlərinə görə, ənənəvi sistemdə müəllimlərin əməkhaqqısı onların həftəlik dərs yükünə, yəni sinifdə keçirdiyi saatların sayına görə hesablanırdı.

“Bu model müəllimin məktəbdə sərf etdiyi əlavə vaxtı şagirdlə fərdi işi, qiymətləndirmə, valideynlərlə ünsiyyət, metodik hazırlıq, tədris resurslarının hazırlanması və məktəbin ictimai həyatında iştirakı kimi fəaliyyətləri nəzərə almırdı.

İş saatına əsaslanan sistem isə müəllimlik peşəsini kompleks fəaliyyət kimi qəbul edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi dərs yalnız ümumi iş vaxtının bir hissəsini təşkil edir. Digər hissə isə məktəb həyatına, planlaşdırmaya və sosial-psixoloji işə yönəlir”.

O bildirib ki, yeni sistem əməyin real yükünə və keyfiyyətinə uyğun dəyərləndirməni təmin etməyə yönəlir:

“Müəllimlik fəaliyyəti çoxşaxəli və məsuliyyətli bir peşədir. Dərsdə keçilən 45 dəqiqəlik prosesin arxasında bəzən bir neçə saatlıq hazırlıq dayanır. Mövcud sistemdə bu hazırlıq prosesi əməkhaqqı ilə ölçülmədiyindən müəllimlərin motivasiyası azalır, iş yükü ilə gəlir arasında müəyyən disbalans yaranır.

Əməkhaqqının iş saatına görə müəyyən edilməsi bu disbalansı aradan qaldıra, müəllimə ədalətli qiymət verə bilər. Bu, həmçinin, müəllim peşəsinə marağın artmasına, kadr axınının azalmasına, tədris keyfiyyətinin yüksəlməsinə və ən əsası, müəllim nüfuzunun güclənməsinə səbəb ola bilər”.

Deputat vurğulayıb ki, dünya təcrübəsində müəllim əməyinin dəyərləndirilməsində əsasən iki yanaşma nəzərə çarpır:

“Bunlardan birincisi, dərs yükünə əsaslanan modeldir. Bəzi postsovet ölkələrində və inkişaf etməkdə olan cəmiyyətlərdə tətbiq olunur. Bu modeldə müəllim dərs saatı ilə “ölçülür” və bu, peşənin sosial tərəflərini kölgədə qoyur.

İş vaxtına əsaslanan model isə inkişaf etmiş ölkələrin (Finlandiya, Norveç, Yaponiya, Cənubi Koreya, Almaniya və s.) təhsil sistemlərində geniş tətbiq edilir.

Bu ölkələrdə müəllimlər məktəbdə tam iş günü keçirir, dərs hazırlığı, qiymətləndirmə və elmi-metodik fəaliyyət də əməkhaqqı çərçivəsində qiymətləndirilir. Məsələn, Finlandiyada müəllim məktəbdə orta hesabla 6 saat olur, lakin dərs yükü 3-4 saat təşkil edir. Qalan vaxt metodik hazırlığa və fərdi tədrisə sərf olunur”.

E.Mirzəbəyli beynəlxalq təcrübəyə nəzər salaraqdan bildirib ki, Almaniyada müəllimlərə “pedaqoji planlaşdırma saatları” ayrıca ödənişlə hesablanır:

“Cənubi Koreyada məktəblər müəllimlərin əlavə tədqiqat və sinifdənkənar fəaliyyətlərinə görə bonuslar tətbiq edir. Bu yanaşmalar göstərir ki, müəllim əməyinin keyfiyyət göstəriciləri (şagird nailiyyəti, innovativ metodika, sosial bacarıq) yalnız dərs saatı ilə ölçülə bilməz”.

Müsahibimiz onu da əlavə edib ki, yeni sistemin tətbiqi bir sıra inzibati və struktur islahatları da tələb edəcək:

“Əvvəla, müəllimlərin iş vaxtı və fəaliyyət dairəsi dəqiq normativləşdirilməlidir. İkinci mühüm məsələ əməkhaqqı sisteminin diferensiasiyasıdır. Yəni iş saatına əsaslanan maaş sistemi müəllimlərin ixtisas səviyyəsi, tədris nəticələri və sosial fəallığı ilə uzlaşdırılmalıdır”.

Deputatın fikrincə, əks halda, bu mexanizm formal xarakter daşıyacaq:

“Müəllim əməyinin iş saatına görə qiymətləndirilməsi sadəcə texniki yenilik deyil, təhsil sistemində dəyərlərin transformasiyasıdır. Bu dəyişiklik müəllimə yalnız “dərs keçən” şəxs kimi deyil, mədəniyyət daşıyıcısı, sosial lider və intellektual kapitalın formalaşdırıcısı kimi yanaşmanı möhkəmləndirəcək.

Əgər bu model beynəlxalq təcrübədən öyrənilən əsas prinsiplərlə tətbiq edilərsə, Azərbaycan təhsilində peşəkar müəllim mədəniyyətinin formalaşması istiqamətində mühüm addım atılmış olacaq”,- deyə E.Mirzəbəyli qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

End of content

No more pages to load

RADİO