Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

Qeyd olunub ki, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.


VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticə yönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulanıb.
 

Sədrliyimiz dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub.


Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi vurğulanıb.

Həyata keçirilən təşəbbüslərin üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyi bildirilib.

Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qarşıdakı dövrdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 

Nazir Ceyhun Bayramov öz növbəsində Baş katib Kayrat Sarıbaya fəaliyyəti müddətində apardığı uğurlu işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyət arzulayıb.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

End of content

No more pages to load

RADİO