2027-2030-cu illər ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 108,6 milyard manat investisiya yatırılması proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.
Qeyd olunub ki, əsas kapitala investisiya qoyuluşunun həcmi 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat səviyyəsində gözlənilir.
Dörd il ərzində investisiya qoyuluşunun 76,6 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək.
Bu sektora 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat investisiya yatırılması nəzərdə tutulur.
Proqnozlara əsasən, dörd il ərzində neft-qaz sektoruna investisiya qoyuluşu isə 32 milyard manat təşkil edəcək. Bu sektora 2027-ci ildə 8 milyard manat, 2028-ci ildə 8,3 milyard manat, 2029-cu ildə 8,2 milyard manat, 2030-cu ildə isə 7,5 milyard manat investisiya yatırılması proqnozlaşdırılır.
Bizim.Media