2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 milyard 770 milyon 600 min manat olub.
Bizim.Media Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun 16 faizi təhsil və səhiyyə xərclərinə yönəldilib.
Yəni bu il təhsil və səhiyyə üçün 3 milyard 643 milyon 296 min manat xərclənib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, ötən ilin müvafiq dövründə dövlət büdcəsindən təhsil və səhiyyə xərcləri üçün ümumilikdə 3 milyard 672 milyon manat xərclənib.
Bizim.Media