ABŞ-da koronavirus virusuna yoluxma sayında yenidən rekord qeydə alınıb. Ölkədə sutkada 400 mindən çox COVID-19-a yoluxma halı aşkarlanıb. Bu da əvvəlki maksimum göstəricidən təxminən 150 min çoxdur.
Bizim.Media xəbər verir ki, müvafiq məlumatlar Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) veb saytında yerləşdirilib.
ABŞ-da sutka ərzində 403 359 yoluxma halı qeydə alınıb.
Ümumilikdə ABŞ-da 17 391 270 nəfər koronavirusa yoluxub. Pandemiya başlayandan bəri 312 636 nəfər öldü.
Bizim.Media