Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON FAKTLAR

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin adının Azərbaycanla yanaşı xarici ölkələrdə də biznes fəaliyyətində hallandığı ilk hal deyil. Ramiz Mehdiyev hələ PA-nın rəhbəri olduğu illərdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla ortaq şirkətlərinin Ukraynanın işğal altında olan Donetskdəki separatçılarla əlaqələri Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunmuşdu.

2019-cu ildə Ramiz Mehdiyevlə Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi qalmaqala səbəb olmuşdur.

Belə ki, Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycan vətəndaşlarının Donetskdə separatçıların nəzarətində olan ərazilərə milyonluq investisiya qoyması faktı Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan dövlətinə nota verməsi ilə nəticələnmişdi. Bu hadisədən dərhal sonra Ramiz Mehdiyev özünün yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, PA-da təcili müşavirə keçirmiş və Azərbaycan dövlətinə qarşı notaya səbəbkar olmuş biznes şəriki Elton Məmmədovu tənqid etmək yerinə, onun müdafiəsinə qalxmışdır.


Həmin müşavirədə Ramiz Mehdiyev Azərbaycanın Ukraynadakı səfirini və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisini məsələni "ört-basdır" etmədikləri üçün əsassız yerə tənqid edərək, hədəfə götürmüşdür. Bu hadisədən qısa vaxt sonra isə Azərbaycanın Ukraynadakı səfiri geri çağırılmış və onun yerinə Ramiz Mehdiyevin yaxın adamı olan Xalq yazıçısı Elmira Axundova səfir təyin olunmuşdur. Elmira Axundova Ukraynaya səfir göndəriləndən sonra Ramiz Mehdiyevin Ukrayna və Moldovadakı biznes şəbəkəsi daha da "çiçəklənmə"yə başlayıb. 


Təsadüfi deyil ki, Ramiz Mehdiyevin Kiyev vilayətinin Makarov qəsəbəsində nəhəng donuz ferması və kolbasa istehsalı zavodu fəaliyyət göstərir. Hətta, Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyev tez-tez bu müsəsisəyə baş çəkir. Sözügedən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulları Ukraynada müharibə başlamasına baxmayaraq, qısa zamanda yerli və xarici bazarlarda populyarlaşıb.

Mehdiyevin zavodu Ukraynadan Azərbaycana da donuz əti məhsulları idxal edir. 

Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

End of content

No more pages to load

RADİO