“Human Rights Watch” niyə Qarabağ müharibəsi faktlarını gizlədir? - TƏFƏRRÜAT

Dünyanın bir sıra ölkələrinin, habelə beynəlxalq təşkilatlarının ikili standartları Yer üzündə hələ də mövcud olan, davam edən, dondurulmuş münaqişələrin ortaya çıxmasına, obyektiv həll edilməməsinə, habelə yeni-yeni münaqişə konfliktlərinin yaranmasına rəvac verir.

Bir sıra hallarda təcavüzkarla təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsinin qoyulması, regional konfliktlərə şəxsi maraqlardan, subyektiv mənafelərdən, ambisiyalardan yanaşılması “Human Rights Watch” (HRW) təşkilatının fəaliyyətində də özünü açıq aydın büruzə verir. 

Bizim.Media xəbər verir ki,  bunu təşkilatın 2021-ci il üzrə hesabatında açıq-aydın görmək olar. Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Human Rights Watch”dan Kəlbəcərdəki hadisəyə REAKSİYA


Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri qiymətləndirən hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistan tərəfindən məskunlaşma siyasəti yürüdüldüyünü, həmin torpaqlardakı məltəblərin də qanunsuz inşa olunduğunu görməzlikdən gəliblər.

Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.

“Human Rights Watch” təşkilatının günahı yalnız Azərbaycanda görən “ekspertlər”i ən böyük xətanı “Altı günlük müharibəsinin doğurduğu nəticələr” bölümündə törədiblər. Dünyaya obyektivlikdən, insan haqlarının müdafiəsi barədə “mühazirə” keçməyə cəhd edən ekspertlər müharibənin və onun təbii fəsadları olan dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa can atıblar. Belə çıxır ki, 102 ölkədə “hər şeydən xəbərdar olan” “ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu “unudublar”, ya da məqsədli şəkildə “zavallı” Ermənistanın yanında yer alıblar. Hər halda bu məsələdə ikinci variant daha məntiqli və ağlabatan görünür.

Daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyi barədə danışan hesabat müəlliflərinin Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd göstərmələri “Human Rights Watch” təşkilatının tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl mahiyyətini ortaya qoyur. “Human Rights Watch” Azərbaycan silahlı qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdə mülki şəxlərin Ermənistan silahlı qüvvələrinin atəşə tutulması nəticəsində həlak olması faktının üstündən sükutla keçir. Sadalanan faktlara göz yuman hesabat müəllifləri azərbaycanlıları “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər.

Nədənsə beynəlxalq təşkilatların Ermənistanla bağlı qətnamələrinə göz yuman hesabat müəllifləri ancaq həmin qurumların Azərbaycana dair bəzi çağırışlarında “gözləri açılıb”. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Əslində həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə-həm Azərbaycana, həm də Ermənistana-ünvanlanıb.

Hesabatdakı “faktlar”la, “statistik”a ilə tanış olan, regionda baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər.

Belə isə “Human Rights Watch”ın obyektivlikdən danışıb obyektivlikdən uzaq olan “ekspertlər”inin məqsədi nədir? Cavab məlumdur – beynəlxalq itimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoyumaq.

Hesabatda sanki ermənilərin öz evlərində oturub əmin-amanlıq içində yaşamaları, sülh istədikləri, Azərbaycanın isə 44 günlük müharibə zamanı təcavüz edərək “sülhpərvər”lərin hüquqlarını pozmaları qeyd edilib.

Hesabat müəllifləri müəyyən mənada haqlıdırlar. Ermənilər doğrudan da əmin-amanlıq, sülh içində yaşamaq istəyirdilər, amma bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar.

Elə “Human Rights Watch” təşkilatı kimi Azərbaycanla Ermənistanı eyniləşdirən digər beynəlxalq təşkilatların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənasız danışıqlarını süni şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına xidmət edirdi.

“Human Rights Watch” hesabatında nədənsə beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar adlandıran qətnamələrinin üzərindən sükutla keçir, özünü BMT-nin Ermənistanı işğalçı adlandıran 4 qətnaməsindən xəbərsiz kimi qələmə verir.

Qeyd edək ki, BBC-nin hələ 2020-ci ilin oktyabrındakı məqaləsində “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Human Rights Watch” və “Amnesty International” təşklilatlarını Azərbaycana dəvət etməsi xəbər verilib.

Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər, 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri barədə araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb.

“Human Rights Watch” təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər.

Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər.

Lakin “Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına daxil etməyib.

Məqsəd aydındır: - müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı “faktlar”ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş “arqumentlər” saxta, bəlkə də sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin “carçısı” kimi qələmə verməyə çalışan “Human Rights Watch” təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Müdir maaşa görə etiraz edən işçini döyüb?– VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb?– VİDEO

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir - VİDEO

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir - VİDEO

Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

FHN əməliyyat görüntüləri yaydı: 881 yanğına çıxış, 2 qəza – VİDEO

FHN əməliyyat görüntüləri yaydı: 881 yanğına çıxış, 2 qəza – VİDEO

Ərbildəki ABŞ bazasına PUA hücumu - VİDEO

Ərbildəki ABŞ bazasına PUA hücumu - VİDEO

“Dörd nəvəmin hamısı ADA-nı bitirib”- Video

“Dörd nəvəmin hamısı ADA-nı bitirib”- Video

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Zelenski bu haqda ilk dəfə danışdı: “Ciddi problem var idi” - VİDEO

Zelenski bu haqda ilk dəfə danışdı: “Ciddi problem var idi” - VİDEO

ABŞ-da festival zamanı atışma: 2 ölü, 5 yaralı var - VİDEO

ABŞ-da festival zamanı atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - VİDEO

Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - VİDEO

Ən zəif əməkdaşlar daha çox rəhbər vəzifələrə yüksəlirlər - FOTO

Ən zəif əməkdaşlar daha çox rəhbər vəzifələrə yüksəlirlər - FOTO

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

End of content

No more pages to load

RADİO