"WhatsApp" mesajlaşma xidmətində yeni funksiya yaradılıb.
Bizim.Media xəbər verir ki, artıq səsli mesajlara yazışmaların içərisində olmadan da qulaq asmaq mümkün olacaq.
Yeni söhbət və ya əsas ekranına keçdiyiniz zaman səsli mesaj proqramın yuxarı hissəsində görünür. İstifadəçilər oxutmanı dayandırmaq və başlamaq üçün düymələrə çıxış əldə edə bilərlər.
Arxa fonda dinləmə səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.
Hələlik yenilik "Android"in beta versiyasında aktivdir.
Bizim.Media