Qırğızıstan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Qazaxıstanda saxlanılması ilə əlaqədar Qazaxıstan tərəfinə nota göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı bazar ertəsi Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
“Qırğızıstan vətəndaşı Yuburov Zakir və digər respublika vətəndaşlarının saxlanılması ilə bağlı hazırda konsulluq-hüquqi yardım çərçivəsində müvafiq tədbirlər həyata keçirilir, o cümlədən Qazaxıstan tərəfinə nazirliyin notası göndərilib.
Bu vətəndaşların saxlanılması və yoxlama tədbirləri aparıldıqdan sonra vaxtından əvvəl azad edilməsi faktı müəyyən edilib”. “İnterfaks” XİN-in bəyanatından sitat gətirib.
Xatırladaq ki, Qırğızıstan hakimiyyəti dünən tanınmış caz musiqiçisi Vikram Ruzaxunovun Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda iştirakda şübhəli bilinərək saxlanılması ilə bağlı Qazaxıstana nota göndərmişdi. Bu gün isə adı çəkilən sənətçi azadlığa buarxılıb.
Bizim.Media